Səfir: ABŞ-nin yeni silah yardımı apreldə Ukraynaya çatdırıla bilər

Səfir: ABŞ-nin yeni silah yardımı apreldə Ukraynaya çatdırıla bilər Konqres Ukraynaya yardımı təsdiqlədi. May ayına qədər ilk yardım Ukraynaya çatdırıla bilər.
Digər ölkələr
23 Aprel , 2024 15:12
Səfir: ABŞ-nin yeni silah yardımı apreldə Ukraynaya çatdırıla bilər

ABŞ-nin yeni silah yardımı artıq aprel ayında Ukraynaya çatdırıla bilər.

“Report” xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova “European Pravda”ya müsahibəsində deyib.

O, ilk yardımın artıq aprel ayında Ukraynaya çatdırıla biləcəyini istisna etməyib:

“Ukraynaya silah yardımı göstərilməsinə dair qanun dərhal qüvvəyə minir. Fikrimcə, qanun çox qısa müddətdə icra olunacaq".

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası aprelin 20-də Ukraynaya yardım üçün 61 milyard dollar vəsait ayrılmasını nəzərdə tutan layihəni təsdiq edib. Bundan sonra qanun layihəsi üzvlərinin əksəriyyəti Ukraynaya yardım göstərilməsinə tərəfdar olan Senata ötürüləcək.

Son xəbərlər

Orphus sistemi