​Saakaşvili Ukraynanın Odessa vilayətinə rəhbər təyin edilib

​Saakaşvili Ukraynanın Odessa vilayətinə rəhbər təyin edilib Ukrayna prezidenti müvafiq fərman imzalayıb
Digər ölkələr
31 May , 2015 16:23
​Saakaşvili Ukraynanın Odessa vilayətinə rəhbər təyin edilib

Bakı. 31 may. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezidenti və Ukrayna liderinin müşaviri Mixail Saakaşvilinin Odessa vilayətinə rəhbər təyin edilməsi barədə fərman imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin saytında məlumat dərc olunub.

"Mixail Saakaşvili Odessa vilayət şəhər administrasiyasının başçısı təyin edilsin", — deyə fərmanda bildirilib.

Bundan əlavə, saytda, həmçinin Odessa vilayətinin rəhbəri İqor Palitsin vəzifəsindən azad edilməsi barədə fərman yerləşdirilib.

Bundan əvvəl verilən məlumata görə, Saakaşvili Ukrayna vətəndaşlığı da alıb.

Son xəbərlər

Orphus sistemi