Bakı. 6 May. REPORT.AZ/ Rusiya Federasiyasının 2020-ci ilə qədərki müddətdə Milli təhlükəsizlik strategiyası"nda düşəlişlər ediləcək. Həmçinin, Rusiyanın İnformasiya təhlükəsizliyi doktrinasında dəyişikliklər gözlənilir.
"Report"un "Lenta.Ru" saytına istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Nikolay Patruşev bildirib.
Onun sözlərinə görə, bu addım yeni hərbi təhlükə mənbələrinin formalaşmasına cavab olaraq atılacaq.
N.Patruşev qeyd edib ki, "Ərəb Baharı", Suriya, İraq vı Ukraynadaki vəziyyət, radikal və ekstremist qruplaşmaların fəaliyyəti Moskvanı ciddi addımlara sövq edir. ABŞ və NATO-nun Rusiyaya qarşı mövqeyi də sərtləşir.