ABŞ dövlət başçısı və Rusiya XİN başçısı arasında telefon danışığı olub

ABŞ dövlət başçısı və Rusiya XİN başçısı arasında telefon danışığı olub ABŞ və Rusiya terrorçu təşkilatların vahid siyahısının hazırlanmasına tərəfdardır
Digər ölkələr
14 Dekabr , 2015 20:30
ABŞ dövlət başçısı və Rusiya XİN başçısı arasında telefon danışığı olub

Bakı. 14 dekabr. REPORT.AZ/ ABŞ və Rusiya Suriyada fəaliyyət göstərən terrorçu təşkilatların vahid siyahısının hazırlanması ilə bağlı ümumi mövqedən çıxış edirlər.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu fikir ABŞ dövlət katibi Con Kerri ilə Rusyanın XİN başçısı Sergey Lavrov arasında keçirilən telefon danışığı zamanı səslənib.

Terrorçulara qarşı ümumi cəbhənin yaradılmasının əhəmiyyətini vurğulayan tərəflər Suriya münaqişəsinin həlli ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, C.Kerri dekabrın 15-də Moskvaya səfər edəcək. 

Son xəbərlər

Orphus sistemi