Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Digər ölkələr
6 May , 2024 19:58
Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

“Report” xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski “X” hesabında bildirib.

“Çexiya qurumlarına və kritik infrastruktura qarşı kiberhücumlara görə Rusiya səfirini çağırmaq qərarına gəldim. Biz Rusiya Federasiyasını BMT standartlarına və öz öhdəliklərinə zidd olan davranışlardan çəkinməyə çağırdıq”, - paylaşımda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi