​Rusiya rəsmisi: ABŞ Yəmənin bombardmanına görə məsuliyyət daşıyır

​Rusiya rəsmisi: ABŞ Yəmənin bombardmanına görə məsuliyyət daşıyır "Çünki o, Səudiyyə Ərəbistanı və müttəfiqlərinin apardığı hərbi əməliyyatları dəstəkləyir"
Digər ölkələr
2 May , 2015 08:29
​Rusiya rəsmisi: ABŞ Yəmənin bombardmanına görə məsuliyyət daşıyır

Bakı. 2 may. REPORT.AZ/ "ABŞ Yəmənin havadan bombalanmasının nəticələrinə görə məsuliyyət daşıyır. Çünki Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin apardığı hərbi əməliyyatları dəstəkləyir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu cümə günü Rusiya Federasiyasının BMT yanındakı daimi nümayəndəsi Vitali Çurkin bildirib.

Onun fikrincə, bu həm humanitar nəticələr, həm də diplomatik obyektlər üçün yaranan təhlükəli vəziyyətlərə aiddir.

"Biz başa düşürük bu nədən irəli gəlir, biz onların apardığı siyasəti anlayırıq, lakin onlar müəyyən qaydada öz məsuliyyətlərini hiss etməlidirlər. Bir halda ki, koalisiyanın bombardımanlarını dəstəkləyirlər, o zaman humanitar nəticələr, diplomatik obyektlərin toxunulmazlığına görə məsuliyyət daşıyırlar", - deyə diplomat qeyd edib.

Çurkin bildirib ki, cümə günü gecə atılan raketlərdən biri Rusiyanın Yəmənin paytaxtı Sənadakı səfirliyinin yaxınlığındakı əraziyə düşüb.

Son xəbərlər

Orphus sistemi