​Rusiya aviasiyası sutka ərzində Palmirada 80 terrorçunu məhv edib

​Rusiya aviasiyası sutka ərzində Palmirada 80 terrorçunu məhv edib Qırıcılar terrorçuların 117 hərbi obyektinə zərbə endirib
Digər ölkələr
27 Mart , 2016 16:47
​Rusiya aviasiyası sutka ərzində Palmirada 80 terrorçunu məhv edib

Bakı. 27 mart. REPORT.AZ/ Rusiya Hava-Kosmik Qüvvələri (HKQ) sutka ərzində Suriyanın Palmira rayonu ərazisinə 40 həmlə edib və terrorçuların 117 hərbi obyektinə zərbə endirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

"Rusiya HKQ sutka ərzində Palmira rayonu ərazisində 40 uçuş edib və terrorçuların 117 hərbi obyektinə zərbə endirib. Səkkiz idarəetmə və 12 dayaq məntəqəsi, 80-dən çox terrorçu, iki tank, üç artilleriya qurğusu, 8 ədəd avtomobil texnikası və altı silah-sursat anbarı məhv edilib", — deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi