Yuxarı

​Rusiya aviasiyası sutka ərzində Palmirada 80 terrorçunu məhv edib

Qırıcılar terrorçuların 117 hərbi obyektinə zərbə endirib

Bakı. 27 mart. REPORT.AZ/ Rusiya Hava-Kosmik Qüvvələri (HKQ) sutka ərzində Suriyanın Palmira rayonu ərazisinə 40 həmlə edib və terrorçuların 117 hərbi obyektinə zərbə endirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

"Rusiya HKQ sutka ərzində Palmira rayonu ərazisində 40 uçuş edib və terrorçuların 117 hərbi obyektinə zərbə endirib. Səkkiz idarəetmə və 12 dayaq məntəqəsi, 80-dən çox terrorçu, iki tank, üç artilleriya qurğusu, 8 ədəd avtomobil texnikası və altı silah-sursat anbarı məhv edilib", — deyə məlumatda qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi