"Le Monde": "Rusiya Aralıq dənizindən İŞİD-in Rakkadakı mövqelərinə raket zərbəsi endirib"

"Le Monde": "Rusiya Aralıq dənizindən İŞİD-in Rakkadakı mövqelərinə raket zərbəsi endirib" Daha öncə Rusiya yalnız bir dəfə Suriyaya raket atmışdı, amma həmin vaxt atış Xəzər dənizindən edilmişdi
Digər ölkələr
17 Noyabr , 2015 16:47
Le Monde: Rusiya Aralıq dənizindən İŞİD-in Rakkadakı mövqelərinə raket zərbəsi endirib

Bakı. 17 noyabr. REPORT.AZ/ Rusiya Aralıq dənizindən İŞİD terror qruplaşmasının əsas məskəni sayılan Suriyanın Rakka şəhərinə qanadlı raket zərbələri endirib. "Report" məlumatına görə, bu barədə Fransanın "Le Monde" nəşri Fransa Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Nəşrin yazdığına görə, raket atəşləri bu gün səhər həyata keçirilib.

Xatırladaq ki, Rusiya daha öncə yalnız bir dəfə Suriyaya raket atmışdı, amma həmin vaxt zərbələr Xəzər dənizi akvatoriyasından edilmişdi.

Qeyd edək ki, bu gün Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov RF prezidenti Vladimir Putinə məruzəsində "A321" təyyarəsinin Sinay yarımadasında qəzaya uğramasının səbəbi kimi hava gəmisinin göyərtəsində bir kiloqram trotilə ekvivalent gücündə əldəqayırma qurğunun partlamasını göstərib. A.Bortnikovun sözlərinə görə, şəxsi əşyaların və təyyarə elementlərinin ekspertizası nəticəsində hadisə yerində partlayıcı maddənin izlərinin olduğu aşkarlanıb və bu, birmənalı olaraq terror aktıdır.

Son xəbərlər

Orphus sistemi