​Rumıniyanın fəxri konsulu Salvadorda qətlə yetirilib

​Rumıniyanın fəxri konsulu Salvadorda qətlə yetirilib Yetmiş bir yaşlı konsulun meyiti yaşadığı evdə, qolları bağlı vəziyyətdə tapılıb
Digər ölkələr
12 İyul , 2016 04:34
​Rumıniyanın fəxri konsulu Salvadorda qətlə yetirilib

Bakı. 12 iyul. REPORT.AZ/ Rumıniyanın fəxri konsul Salvadorda qətlə yetirilib. "Report" xəbər verir ki, bu barədə "La Prensa Grafica" qəzetinin elektron versiyası Salvadorun Baş Prokurorluğuna istinadən məlumat yayıb.

Məlumata görə, fəxri konsul Rikardo Emmanuel Salume Barake Mərkəzi Amerika Respublikasını paytaxtında cinayətkarlar tərəfindən boğulub. Yetmiş bir yaşlı konsulun meyiti yaşadığı evdə, qolları bağlı vəziyyətdə tapılıb.

İstintaqın versiyasına görə, qətlin ölkədəki cinayətkar qruplaşmalarla bağlılığı yoxdur.

Milli polisin direktoru Hovardo Kottonun sözlərinə görə, hadisə yerində aparılan istintaq hərəkətlərinin nəticələrinə əsasən hüquq-mühafizə orqanlarına Rumıniya fəxri konsulunun kim tərəfindən qətlə yetirildiyi məlum olub.

"Polis müstəntiqləri konsulun qətlinin necə baş verdiyini və buna görə kimin məsuliyyət daşıdığını aydınlaşdırıblar" - deyə Kotto bildirib. Bununla belə, o vurğulayıb ki, hələlik cinayətin detalları haqda daha çox məlumat verə bilməz. Çünki hüquq-mühafizə orqanları şübhəli şəxsi saxlamayıblar.

Bununla belə, Kotto deyib ki, qatillər yalnız müşahidə kameralarının qeydlərini götürüblər. Buna görə də qətlin ancaq soyğunçuluq məqsədi ilə törədildiyi yeganə versiya hesab olunmur. 

Son xəbərlər

Orphus sistemi