Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq

Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq İntibah dövrünün məşhur rəssamı Rafaelin yeni tapılmış əsəri kilsədə nümayiş etdiriləcək.
Digər ölkələr
28 Mart , 2024 04:38
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq

İntibah dövrünün məşhur rəssamı Rafaelin yeni tapılmış əsəri kilsədə nümayiş etdiriləcək.

"Report" xəbər verir ki, əsəri 2023-cü ildə fransız kolleksiyaçı Londondan 35 000 avroya alıb. Noyabr ayında lazer analizi nəticəsində əsərin italiyalı rəssam Rafaelə (1483-1520) aid “Mariya Maqdalenanın portreti” olduğu müəyyən edilib.

Portret Fransanın Var departamentindəki Müqəddəs Maqdalena bazilikasında aprelin 20-də nümayişə çıxarılacaq. Adının açıqlanmasını istəməyən kolleksiyaçı sərgidən sonra əsəri hansısa muzeyə hədiyyə etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi