​Qvatemalada sürüşmə zonasından 161 nəfərin meyiti çıxarılıb

​Qvatemalada sürüşmə zonasından 161 nəfərin meyiti çıxarılıb Xilasetmə işləri davam edir
Digər ölkələr
6 Oktyabr , 2015 08:00
​Qvatemalada sürüşmə zonasından 161 nəfərin meyiti çıxarılıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Qvatemalanın Santa-Katarina-Pinula şəhərində sürüşmə nəticəsində ölənlərin sayı 161 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Mərkəzi Amerika ölkəsinin prokurorluğu məlumat yayıb.

Bundan əvvəl ölənlərin 144 nəfər olduğu bildirilirdi.

"İndiyədək Kambray rayonunda işləyən prokurorlar ölənlərin sayının 161 nəfərə qədər artdığını məlumat verirlər", - deyə Qvatemala prokurorluğunun "Twitter"dəki mikrobloqunda bildirilir.

Faciə ötən cümə axşamı baş verib. Hadisə yerində hələ də xilasetmə işləri gedir.

Son xəbərlər

Orphus sistemi