Qırğızıstanda prezidentliyə sabiq namizəd həbs edilib

Qırğızıstanda prezidentliyə sabiq namizəd həbs edilib Nurlan Motuyev Bişkekdə keçirilən forumda insanların mücahidlər kimi yaşamalı olduğunu söyləyib
Digər ölkələr
14 May , 2016 10:07
Qırğızıstanda prezidentliyə sabiq namizəd həbs edilib

Bakı. 14 may. REPORT.AZ/ Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) əməkdaşları prezidentliyə sabiq namizəd Nurlan Motuyevi həbs edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə DMTK-nin rəsmi nümayəndəsi Rahat Sulaymanov məlumat verib.

O, N.Motuyevin həbs olunduğunu, ona qarşı ittiham irəli sürüləcəyini bildirib.

R.Sulaymanovun sözlərinə görə, siyasətçinin həbsinin səbəbi ictimai tədbirlərdə - bir müddət əvvəl keçirilmiş Bişkek forumunda, eləcə də mitinq zamanı "terrora çağırış" olub. DMTK rəsmisi bu çağırışların əks olunduğu videoların internetdə yerləşdirildiyini də əlavə edib.

Yerli KİV-in məlumatına görə, Bişkekdə keçirilən forumda N.Motuev insanları bu həyatdakı güzəranını yaxşılaşdırmağa yox, əsl mücahid kimi yaşamağa çağırmışdı. "Şəriət qaydalarını tətbiq etmək lazımdır", - deyə o, çağırış etmişdi.

Son xəbərlər

Orphus sistemi