Qazaxıstanda prezident seçkilərində səsvermə sona çatıb

Qazaxıstanda prezident seçkilərində səsvermə sona çatıb Səslərin sayılmasına başlanıb
Digər ölkələr
26 Aprel , 2015 19:30
Qazaxıstanda prezident seçkilərində səsvermə sona çatıb

Astana. 26 aprel. REPORT.AZ/ Qazaxıstanda növbədənkənar prezident seçkilərində səsvermə prosesi başa çatıb.

"Report"un Astanaya ezam olunmuş müxbiri xəbər verir ki, səsvermə məntəqələri 20.00-da bağlanıb.

Qazaxıstanda ve bu ölkənin xaricdəki diplomatik missiyalarında açılan səsvermə məntəqələrinin sayı 9 741 təşkil edib.

Prezident seçkilərində yüksək fəallıq müşahidə olunur. Belə ki, saat 18.00 etibari ilə 9 milyon seçicidən 86,69 faizi səsvermədə iştirak edib. 

Beləliklə, seçkilər baş tutmuş hesab olunub.

Dövlət başçısı kürsüsünə hazırki prezident Nursultan Nazarbayevlə yanaşı Turgun Sızdıkov və Abelgazi Kusainov da namizəddir. Sızdıkov Qazaxstan Komminist Partiyasından, Kusainov isə müstəqil namizəddir.

Son xəbərlər

Orphus sistemi