Qazaxıstan Prezidenti: BMT TŞ-də hərtərəfli islahatlar aparılmadan qlobal problemləri həll etmək olmaz

Qazaxıstan Prezidenti: BMT TŞ-də hərtərəfli islahatlar aparılmadan qlobal problemləri həll etmək olmaz Beynəlxalq ictimaiyyətin üzləşdiyi problemlər BMT Təhlükəsizlik Şurasında hərtərəfli islahatlar aparılmadan həll edilə bilməz.
Digər ölkələr
20 Sentyabr , 2023 04:55
Qazaxıstan Prezidenti: BMT TŞ-də hərtərəfli islahatlar aparılmadan qlobal problemləri həll etmək olmaz

Beynəlxalq ictimaiyyətin üzləşdiyi problemlər BMT Təhlükəsizlik Şurasında hərtərəfli islahatlar aparılmadan həll edilə bilməz.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edərkən söyləyib.

O həmçinin bildirib ki, Şurada “orta səviyyəli dövlətlər” və bütün inkişaf etməkdə olan ölkələrin səsi eşidilməlidir.

“Təhlükəsizlik Şurası dalandan çıxa bilməyəcəyinə görə, o, daha çox təmsilçi olmalıdır ki, digər ölkələr, o cümlədən Qazaxıstan sülh və təhlükəsizliyin qorunmasında daha çox rol oynaya bilsin”, - Tokayev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi