​"Qadın rəşadətinə görə" beynəlxalq mükafatının qalibləri açıqlanıb

​"Qadın rəşadətinə görə" beynəlxalq mükafatının qalibləri açıqlanıb Mükafat sosial ədalət və insan haqları sahəsində göstərilən cəsarət və liderlik qabiliyyətinə görə fərqlənən qadınlara verilir
Digər ölkələr
7 Mart , 2015 15:13
​Qadın rəşadətinə görə beynəlxalq mükafatının qalibləri açıqlanıb

Bakı. 7 mart. REPORT.AZ/ ABŞ Dövlət Departamenti dünyadakı 10 rəşadətli qadını mükafatlandırıb. Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Bununla bağlı ABŞ Dövlət Departamentində "Qadın rəşadətinə görə" ("International Women of Courage Award") beynəlxalq mükafatının təqdimat mərasimi keçirilib.

Mükafatın verildiyi qadınlar Suriya (Macide Çorbacı), Əfqanıstan (Nilufər Rəhmani), Banqladeş (Nayda Şermin), Boliviya (Rosa Julieta Montano Salavatierra), Myanmar (May Sabe Phyu), Mərkəzi Afrika Respublikası (Beatrice Epaye), Yaponiya (Sayaka Osakabe), Kosovo (Arbana Xharra), Pakistan (Təbəssüm Adnan), Qana (Marie Claire Tchecola) olub. Qadınları hər biri göstərdiyi rəşadətə görə bu mükafata layiq görülüblər.

Xatırladaq ki, adıçəkilən mükafat ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays tərəfindən 2007-ci ildə təsis edilib. Həmin ildən bəri bu mükafata dünyanın 50 ölkəsindən 86 qadın layiq görülüb. Mükafat sosial ədalət və insan haqları sahəsində göstərilən cəsarət və liderlik qabiliyyətinə görə fərqlənən qadınlara verilir.

Son xəbərlər

Orphus sistemi