Pyotr Poroşenko Minskdə Vladimir Putinlə görüşüb

Pyotr Poroşenko Minskdə Vladimir Putinlə görüşüb Görüşdə Ukrayna dövlət başçısı bəyan edib ki, ölkədə münaqişənin həlli üzrə yol kartı hazırlanacaq
Digər ölkələr
27 Avqust , 2014 10:24
Pyotr Poroşenko Minskdə Vladimir Putinlə görüşüb
Bakı. 27 avqust. REPORT.AZ/ Minskdə Ukrayna prezidenti Pyotr Poroşenko və Rusiya prezidenti Vladimir Putinin görüşü baş tutub.

Report-un RİA-Novosti-yə istinadən verdiyi xəbərə görə, görüş bitdikdən sonra Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko jurnalistlərə bildirib ki, Rusiya və Ukrayna "iki dövlətin prezidentlərinin təkbətək görüşü və mühüm məsələlərin müzakirəsi haqqında razılığa gəliblər".

Bundan başqa, ölkənin qərbində münaqişənin dayandırılması üçün yaxın vaxtlarda plan hazırlanacaq və Ukrayna-Rusiya-ATƏT kontakt qrupunun fəaliyyəti bərpa olunacaq. Məlumata əsasən, görüşdə həmçinin iqtisadi fikir ayrılıqların da aradan qaldırılması üçün gələcək addımlar müzakirə olunub. 

P.Poroşenko V.Putinlə görüşdə qeyd edib ki, "ölkədə atəşkəsin tezliklə əldə olunması üçün "yol xəritəsi" hazırlanacaq və bu tamamilə ikitərəfli olmalıdır".

Bundan başqa, Poroşenko həmçinin Qazaxıstanın prezidenti Nursultan Nazarbayevlə görüşüb. Ukrayna dövlət başçısı bildirib ki, ölkəsi Qazaxıstandan humanitar yardım almağa hazırdır.

Ukrayna prezidentinin Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton ilə görüşündə isə Ukraynada sülhün vacibliyi, Rusiya-Ukrayna sərhədində effektiv tənzimlənmə, beynəlxalq hüquq ilə tam müvafiq şəkildə humanitar yardımın çatdırılması, ölkədə daxili münaqişələrin həll olunması məsələləri müzakirə olunub. K.Eşton Minskdə danışıqları pozitiv qiymətləndirib. 

Son xəbərlər

Orphus sistemi