Poroşenko, Putin, Olland və Merkel Ukraynanın şərqindəki vəziyyəti müzakirə edib

Poroşenko, Putin, Olland və Merkel Ukraynanın şərqindəki vəziyyəti müzakirə edib Danışıqlar zamanı silahlı birləşmələrin təmas xəttinə sülhməramlıların cəlb olunması məsələsi qaldırılıb
Digər ölkələr
19 Fevral , 2015 16:03
Poroşenko, Putin, Olland və Merkel Ukraynanın şərqindəki vəziyyəti müzakirə edib

Bakı. 19 fevral. REPORT.AZ/ Ukrayna, Fransa, Rusiya prezidentləri və Almaniya kansleri arasında telefon danışığı baş tutub.

"Report" Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ukrayna prezidenti Pyotr Poroşenko söhbət zamanı Debaltsevoda baş verənlərin Minsk razılaşmalarına uyğun olmadığına göz yummamağa çağırıb. O, həmçinin bu razılaşmaların gələcəkdə də pozulmaması üçün dəqiq zəmanət planının hazırlanmasının vacibliyini  söyləyib. 

Tərəflər razılığa gəliblər ki, ATƏT-in Xüsusi Monitorinq Missiyasının nümayəndələrinə tam dəstək göstərilməli və onlar, xüsusilə də Donetsk aeroportu, Qorlovka, Pervomaysk və Şirokino ərazilərində və bu gün də atışmanın davam etdiyi digər yaşayış məntəqələrində monitorinq və müşahidəni həyata keçirmək üçün maneələrə rast gəlməməlidirlər. 

Ukrayna prezidenti bütün əsirləri, o cümlədən Debaltsevo rayonunda əsir düşən şəxsləri azad etməyi tələb edib. 

Tərəflər bu həftə ərzində qeyd olunan məsələlərin həlli ilə bağlı fəaliyyətlərini xarici işlər nazirləri səviyyəsində uzlaşdıracaqları barəsində razılığa gəliblər. Ukrayna tərəfi  təkid edib ki, bu müzakirələrə həmçinin sülhməramlıların həm silahlı birləşmələrin  təmas xəttinə, həm də Ukrayna və Rusiyanın dövlətlərarası sərhədinə cəlb olunması ilə bağlı məsələ də daxil edilsin. 

Son xəbərlər

Orphus sistemi