Bakı. 12 dekabr. REPORT.AZ/ Polşanın paytaxtı Varşavada toplaşan 50 mindən artıq insan prezident Anjey Duda və yeni hökümətə qarşı etirazlarını bildiriblər.
"Report"un "Gazeta.Ru"ya istinadən verdiyi xəbərə görə, prezident administrasiyasının qarşısında toplaşan vətəndaşlar, Konstitusiya Məhkəməsinin üzvlərini təyin edən dövlət başçısının öz səlahiyyətlərini aşdığını bəyan ediblər.
"Demokratiyanın Müdafiəsi Komitəsi" adlı qurum tərəfindən təşkil olunan aksiyaya müxalifət partiyaları da dəstək verib.