Polşada avronun tətbiqi ilə bağlı referendum keçirilməlidir

Polşada avronun tətbiqi ilə bağlı referendum keçirilməlidir Avropa İttifaqına daxil olan Polşa üzərinə vaxtı gələndə ümumi valyuta tətbiq etmək öhdəliyi götürüb
Digər ölkələr
8 Sentyabr , 2015 23:41
Polşada avronun tətbiqi ilə bağlı referendum keçirilməlidir

Bakı. 8 sentyabr. REPORT.AZ/ Polşa prezidenti Anjey Duda hesab edir ki, polşalılar ölkədə avronun tətbiqi ilə bağlı fikirlərini referendumda bildirməlidirlər. O, bu fikri sentyabrın 8-də Krınitsa-Zdruy şəhərində keçirilən XXV İqtisadi Forumda səsləndirib.

Duda deyib: “Polşa avrozonaya daxil olmaq barədə qərar qəbul edəcəksə, qoy bu, dərk edilmiş qərar olsun. Polşa cəmiyyəti bunun nəticələri, idarə edən təsisatın Polşa Milli Bankı deyil, Avropa Mərkəzi Bankının olacağı, öz valyutamızı itirəcəyimiz və bundan sonra nələr olacağı barədə məlumatlandırılmalıdır. Hesab edirəm ki, sonda referendum keçirilməlidir. Yenə də dürüst müzakirələrdən sonra”.

Avropa İttifaqına daxil olan Polşa üzərinə vaxtı gələndə ümumi valyuta tətbiq etmək öhdəliyi götürüb. Amma bununla bağlı dəqiq müddət müəyyən olunmayıb. Polşanın hakimiyyəti avrozonadakı böhranı nəzərə alaraq, bu məsələyə baxılmasını bu il oktyabrın 25-də keçiriləcək növbəti parlament seçkilərinə qədər təxirə salmaq barədə qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi