​Polşa prezidenti Moskvaya getməyəcək

​Polşa prezidenti Moskvaya getməyəcək İkinci dünya müharibəsinin başa çatması ilə bağlı Qdanskda bayram mərasimi təşkil ediləcək
Digər ölkələr
11 Fevral , 2015 13:29
​Polşa prezidenti Moskvaya getməyəcək

Bakı.11 fevral. REPORT.AZ/ Polşa prezidenti Bronislav Komorovski mayın 9-da Moskvaya getməyəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Polşanın Rusiyadakı səfiri Katajina Pelçinska-Nalenç deyib.

Səfir bunu şərh etmək istəmədiyini vurğulayıb.

Bu il mayın 9-da Moskvada keçiriləcək Qələbə bayramı tədbirinə bir çox dövlətin başçısı, o cümlədən Polşa prezidenti də dəvət edilib.

Xatırladaq ki, fevralın əvvəlində Bronislav Komorovski mayın 8-də ikinci dünya müharibəsinin başa çatması ilə bağlı Qdanskda bayram mərasimi təşkil edəcəklərini bildirib.

Son xəbərlər

Orphus sistemi