Bakı.11 fevral. REPORT.AZ/ Polşa prezidenti Bronislav Komorovski mayın 9-da Moskvaya getməyəcək.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Polşanın Rusiyadakı səfiri Katajina Pelçinska-Nalenç deyib.
Səfir bunu şərh etmək istəmədiyini vurğulayıb.
Bu il mayın 9-da Moskvada keçiriləcək Qələbə bayramı tədbirinə bir çox dövlətin başçısı, o cümlədən Polşa prezidenti də dəvət edilib.
Xatırladaq ki, fevralın əvvəlində Bronislav Komorovski mayın 8-də ikinci dünya müharibəsinin başa çatması ilə bağlı Qdanskda bayram mərasimi təşkil edəcəklərini bildirib.