Polis Sofiya hava limanı yaxınlığında partlayıcı qurğu aşkarlayıb

Polis Sofiya hava limanı yaxınlığında partlayıcı qurğu aşkarlayıb Hadisə yerində mütəxəssislər işləyir
Digər ölkələr
1 Dekabr , 2015 18:01
Polis Sofiya hava limanı yaxınlığında partlayıcı qurğu aşkarlayıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Polis Sofiya hava limanı yaxınlığında mikroavtobusda partlayıcı qurğu aşkarlayıb. "Report" xəbər verir ki, bu barədə məlumatı "Fokus" agentliyi yayıb.

"1 nömrəli terminalın yaxınlığında avtobusun içində partlayıcı qurğu aşkarlanıb", - Sofiya aeroportunun nümayəndəsi Daniela Veleva deyib.

D.Veleva həmçinin vurğulayıb ki, 2 nömrəli terminal tam qüvvəsi ilə qrafikə uyğun işləyir.

Hələlik reyslərin təxirə salınması barədə heç bir məlumat yoxdur. Hadisə yerində mütəxəssislər işləyir.

Son xəbərlər

Orphus sistemi