Bakı. 1 dekabr. REPORT.AZ/ Polis Sofiya hava limanı yaxınlığında mikroavtobusda partlayıcı qurğu aşkarlayıb. "Report" xəbər verir ki, bu barədə məlumatı "Fokus" agentliyi yayıb.
"1 nömrəli terminalın yaxınlığında avtobusun içində partlayıcı qurğu aşkarlanıb", - Sofiya aeroportunun nümayəndəsi Daniela Veleva deyib.
D.Veleva həmçinin vurğulayıb ki, 2 nömrəli terminal tam qüvvəsi ilə qrafikə uyğun işləyir.
Hələlik reyslərin təxirə salınması barədə heç bir məlumat yoxdur. Hadisə yerində mütəxəssislər işləyir.