​Parisdə sinaqoqun qarşısında partlayış baş verib

​Parisdə sinaqoqun qarşısında partlayış baş verib Zərərçəkənlər barədə məlumat yoxdur
Digər ölkələr
7 Yanvar , 2015 21:58
​Parisdə sinaqoqun qarşısında partlayış baş verib

Bakı. 7 yanvar. REPORT.AZ/ Parisdə "Charlie Hebdo" jurnalının redaksiyasına silahlı basqından bir neçə saat sonra sinaqoqun qarşısında avtomobil partlayıb.

"Report" "Jerusalem Post"a istinadən xəbər verir ki, zərərçəkənlər barədə məlumat yoxdur.

Paris hökumətinin ilkin məlumatına görə, partlayış heç bir şəkildə jurnal redaksiyasına hücumla əlaqəli deyil.

Ehtimallara görə, partlayış maşında yaranan yanğın nəticəsində baş verib. Lakin bir ehtimal da var ki, bu, 12 jurnalisti qətlə yetirən silahlıların hadisə yerindən minib qaçdıqları həmin avtomobildir.

Son xəbərlər

Orphus sistemi