Bakı. 22 aprel. REPORT.AZ/
"Telefon danışığı zamanı onlar Ukraynanın şərqindəki münaqişəni müzakirə edib və "Minsk razılaşmalarının yerinə yetirilməsi üzrə tədbirlər paketi"nin icrasının vacib olması ilə bağlı həmfikir olduğunu bildiriblər", - BMT mətbuat katibi brifinqdə qeyd edib.
Mətbuat katibi əlavə edib ki, baş katib bir daha vurğulayıb ki, BMT mandatlı beynəlxalq sülhməramlı missiyanın təşkil olunması ilə bağlı qərarı BMT Təhlükəsizlik Şurası qəbul edir.
Pan Gi Mun Minsk razılaşmalarının siyasi elementlərinin həyata keçirilməsinin və humanitar vəziyyətin yaxşılaşdırılmasının zəruri olduğunu qeyd edib.
Baş katib onu da bildirib ki, BMT Ukrayna xalqını dəstəkləyir və ölkə üçün çətin bir gündə onunla həmrəydir. Pan Gi Mun BMT-nin bu ölkədəki fəaliyyətini davam etdirəcəyinə dair söz verib.