​Pakistanda dəmiryolunda partlayış olub, 3 nəfər ölüb, 7 nəfər yaralanıb

​Pakistanda dəmiryolunda partlayış olub, 3 nəfər ölüb, 7 nəfər yaralanıb Qatar hərbi baza yerləşən Ravalpindi dairəsi istiqamətində hərəkət edirmiş
Digər ölkələr
1 Noyabr , 2015 12:04
​Pakistanda dəmiryolunda partlayış olub, 3 nəfər ölüb, 7 nəfər yaralanıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Pakistanın cənub-qərbində qatarın keçdiyi yolda partlayıcı qurğunun işə düşməsi nəticəsində 3 nəfər həyatını itirib, 7 nəfər yaralanıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, hadisə noyabrın 1-də səhər saatlarında ölkənin Bəlucistan əyalətində dəmiryol hissəsində qeydə alınıb. Qatar hərbi baza yerləşən Ravalpindi dairəsi istiqamətində hərəkət edirmiş.

Partlayışın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.

Məlumata görə, dəmiryolu xəttinin partlayış baş verən hissəsi təmir edilib. 

Son xəbərlər

Orphus sistemi