Pakistanda baş vermiş yol qəzasında 23 nəfər ölüb

Pakistanda baş vermiş yol qəzasında 23 nəfər ölüb Pakistanda baş vermiş yol qəzasında 23 nəfər ölüb
Digər ölkələr
24 Sentyabr , 2016 01:58
Pakistanda baş vermiş yol qəzasında 23 nəfər ölüb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Pakistanda ağır yol qəzası baş verib. 

"Report"un məlumatına görə, bu barədə "Agence France-Presse" (AFP) agentliyi xəbər yayıb. 

Məlumata görə, hadisə Müzəffərabad şəhərindən 45 kilometr kənarda qeydə alınıb. Belə ki, sərnişin avtobusu 100 metr hündürlükdən çaya düşüb.

Qəza zamanı 23 nəfər ölüb. Daha 3 nəfər xəsarət alıb.

Yerli məmurlardan biri axtarışlar zamanı ancaq 3 nəfərin meyitinin tapıldığını bildirib. O, hesab edir ki, digər sərnişinlər də ölüb. 

"Hesab edirik ki, onların yaşamaq şansı yoxdur" – deyə yerli məmur əlavə edib.  

Son xəbərlər

Orphus sistemi