​Pakistan ordusunun zərərsizləşdirdiyi "Taliban" yaraqlılarının sayı 119-a çatıb

​Pakistan ordusunun zərərsizləşdirdiyi "Taliban" yaraqlılarının sayı 119-a çatıb Ordu Baş Qərargah rəisi əməliyyatda işitirak edən əsgərlərlə görüşüb
Digər ölkələr
20 Dekabr , 2014 12:52
​Pakistan ordusunun zərərsizləşdirdiyi Taliban yaraqlılarının sayı 119-a çatıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Pakistanın Xeybər əyalətində "Taliban"a qarşı aparılan hərbi əməliyyat nəticəsində öldürülən yaraqlıların sayı 119-a çatıb.

"Report" "Anadolu" Agentliyinə  istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun təmsilçiliyindən yayılan açıqlamda bildirilib. "Ordunun baş qərargah rəisi, briqada generalı Rahil Şərif Xeybər əyalətində "taliban" yaraqlılarına qarşı döyüşən əsgərlərlə görüşüb.

Son iki gündə keçirilən quru əməliyyatı nəticəsində 62, hava həmlələrində isə 57 yaraqlı öldürülüb", - rəsmi məlumatda qeyd olunub.

Bundan öncə Pakistan ordusu bildirmişdi ki, dekabrın 17-dən Heybər əyalətində "taliban"a qarşı başlayan əməliyyat nəticəsində 400-dən çox yaraqlı zərərsizləşdirilib. 

Son xəbərlər

Orphus sistemi