​Obama Putinlə Suriyada fəaliyyətin əlaqələndirilməsi barədə razılığa gəlib

​Obama Putinlə Suriyada fəaliyyətin əlaqələndirilməsi barədə razılığa gəlib ABŞ və Rusiya liderləri arasında Bəşər Əsədin gələcəyi ilə bağlı məsələdə fikir ayrılığı yaranıb
Digər ölkələr
29 Sentyabr , 2015 08:29
​Obama Putinlə Suriyada fəaliyyətin əlaqələndirilməsi barədə razılığa gəlib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obama Nyu-Yorkda baş tutan şəxsi görüş zamanı Suriyada münaqişələrdən yayınmaq üçün iki ölkə hərbçiləri arasında əlaqələrin qurulmasına dair razılıq əldə ediblər.

"Report" xəbər verir ki, bu barədə Ağ evdəki mənbəyə istinadən "Reuters" məlumat yayıb.

Mənbənin sözlərinə görə, hərbçilər Suriyada "potensial əməliyyatlar" zamanı münaqişələrdən qaçmaq üçün öz fəaliyyətlərini əlaqələndirəcəklər.

Həmçinin iki ölkə lideri Suriya böhranının siyasi yolla həlli variantını müzakirə etmək barədə razılığa gəliblər, lakin prezident Bəşər Əsədin gələcəyi ilə bağlı məsələdə yenidən fikir ayrılığı yaranıb.

Barak Obama yenidən qeyd edib ki, Əsəd dörd illik vətəndaş müharibəsindən sonra prezident kürsüsündə qalmamalıdır, Putin isə bu rejimin saxlanılmasının zəruri olduğunu bəyan edib.

Son xəbərlər

Orphus sistemi