​Obama narkotiklərin yayılmasına görə həbs olunan 58 dustağı əfv edib

​Obama narkotiklərin yayılmasına görə həbs olunan 58 dustağı əfv edib Onların əksəriyyəti çoxillik və ömürlük həbs cəzası alanlar olub
Digər ölkələr
6 May , 2016 01:46
​Obama narkotiklərin yayılmasına görə həbs olunan 58 dustağı əfv edib

Bakı.6 may.REPORT.AZ/ ABŞ prezidenti Barak Obama narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı müxtəlif cinayətlərə görə məhkum edilən 58 dustağı əfv edib.

"Report" xəbər verir ki, bu barədə Ağ evin cümə axşamı yaydığı məlumatda bildirilir.

Onların əksəriyyəti çoxillik və ömürlük həbs cəzası alanlar olub. Məsələn, Vaşinqton sakini Eddi Braun 1990-cı ildə kokain istehsalı üçün 50 qram xammal saxlamaqda ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilmişdi.

Son xəbərlər

Orphus sistemi