Obama "Metyu" qasırğası ilə əlaqədar Floridada fövqəladə vəziyyət elan edib

Obama "Metyu" qasırğası ilə əlaqədar Floridada fövqəladə vəziyyət elan edib ABŞ prezidentinin fərmanı Floridanın bir neçə dairəsinə aid olunub
Digər ölkələr
6 Oktyabr , 2016 22:55
Obama Metyu qasırğası ilə əlaqədar Floridada fövqəladə vəziyyət elan edib

Bakı. 6 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama tropk "Metyu" qasırğası ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edib.

"Report" xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.

ABŞ prezidentinin fərmanı Floridanın bir neçə dairəsinə aid olunub. Həmin ərazilərdə qasırğanın ciddi fəsadlarının ola biləcəyi ehtimal edilir.

Daha əvvəl Florida hakimiyyəti 1,5 milyon insanın yaşadığı ərazinin sakinlərini öz evlərini tərk etməyə çağırıb.

Corciya ştatının bir sıra ərazilərinin sakinləri məcburi təxliyə edilib.

Son xəbərlər

Orphus sistemi