Yuxarı

Obama "Metyu" qasırğası ilə əlaqədar Floridada fövqəladə vəziyyət elan edib

ABŞ prezidentinin fərmanı Floridanın bir neçə dairəsinə aid olunub

Bakı. 6 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama tropk "Metyu" qasırğası ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edib.

"Report" xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.

ABŞ prezidentinin fərmanı Floridanın bir neçə dairəsinə aid olunub. Həmin ərazilərdə qasırğanın ciddi fəsadlarının ola biləcəyi ehtimal edilir.

Daha əvvəl Florida hakimiyyəti 1,5 milyon insanın yaşadığı ərazinin sakinlərini öz evlərini tərk etməyə çağırıb.

Corciya ştatının bir sıra ərazilərinin sakinləri məcburi təxliyə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi