Bakı. 9 fevral. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama və Almaniyanın kansleri Anqela Merkel danışıqılarının yekunu olaraq birgə mətbuat konfransı keçiriblər.
"Report"-un TASS agentliyinə istinadən məlumatına görə, Obama bildirib ki, rəsmi Vaşinqton Ukrayna böhranının diplomatik yollarla həllinə tərəfdardır.
"Biz təkidlə tərəfləri diplomatik həll istiqamətinə çağırırıq", - deyə ABŞ prezidenti bildirib.
Obama həmçinin qeyd edib ki, ABŞ-la Almaniya Rusiyaya qarşı sanksiyaların qüvvədə qalması ilə bağlı razılığa gəliblər.