Yuxarı

Obama: ABŞ Ukrayna böhranının diplomatik yollarla həllinə tərəfdardır

ABŞ-la Almaniya Rusiyaya qarşı sanksiyaların qüvvədə qalması ilə bağlı razılığa da gəliblər

Bakı. 9 fevral. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama və Almaniyanın kansleri Anqela Merkel danışıqılarının yekunu olaraq birgə mətbuat konfransı keçiriblər.

"Report"-un TASS agentliyinə istinadən məlumatına görə, Obama bildirib ki, rəsmi Vaşinqton Ukrayna böhranının diplomatik yollarla həllinə tərəfdardır.

"Biz təkidlə tərəfləri diplomatik həll istiqamətinə çağırırıq", - deyə ABŞ prezidenti bildirib.

Obama həmçinin qeyd edib ki, ABŞ-la Almaniya Rusiyaya qarşı sanksiyaların qüvvədə qalması ilə bağlı razılığa gəliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi