“Normand dördlüyü”nün XİN rəhbərləri Berlində görüşəcək

“Normand dördlüyü”nün XİN rəhbərləri Berlində görüşəcək Görüşdə məqsəd "Minsk-2" razılaşmalarının həyata keçirilməsində irəliləyiş əldə etməkdir
Digər ölkələr
6 Noyabr , 2015 06:38
“Normand dördlüyü”nün XİN rəhbərləri Berlində görüşəcək

Bakı. 6 noyabr. REPORT.AZ/ “Normand dördlüyü” kimi tanınan Ukrayna, Rusiya, Almaniya, və Fransa-nın xarici işlər nazirləri bu gün Berlində görüş keçirəcəklər.

"Report"-un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, Almaniya XİN təmsilçisi bildirib ki, görüşdə məqsəd "Minsk-2" razılaşmalarının həyata keçirilməsində irəliləyiş əldə etməkdir.

“Ukraynanın şərqində vəziyyətin sabitləşməsi ancaq siyasi proses işə düşdükdən sonra mümkün olacaq. Bu isə birbaşa müşahidəçilərə geniş imkanların yaradılmasından və konstitusiya islahatlarından keçir”, - deyə diplomat qeyd edib.

“Normand dördlüyü”nün XİN rəhbərlərinin öncəki görüşü sentyabrın 12-də Berlində keçirilmişdi.

Son xəbərlər

Orphus sistemi