Nigeriya neft hasilatının dondurulması qərarını dəstəkləyib

Nigeriya neft hasilatının dondurulması qərarını dəstəkləyib Nigeriya "qara qızılın" hasilatını artırmayacaq və yanvar ayı səviyyəsində saxlayacaq
Digər ölkələr
21 Fevral , 2016 19:13
Nigeriya neft hasilatının dondurulması qərarını dəstəkləyib

Баку. 21 февраля. REPORT.AZ/ Nigeriya höküməti Rusiya və Səudiyyə Ərəbistanının də dəstəklədiyi neft hasilatının dondurulmasına dair razılaşmaya qoşulacaq. "Report"-un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, bunu Nigeriyanın energetika naziri Emmanuel Kaçuvku bildirib.

Nazirin sözlərinə görə, Nigeriya "qara qızılın" hasilatını artırmayacaq və yanvar ayı səviyyəsində saxlayacaq. "Sutkada 2.2 milyon barrel göstəricisini saxlayacağıq", - deyə Kaçuvku qeyd edib.

Daha öncə, Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neftin hasilatının 11 yanvar tarixindəki göstəriciyə uyğun dondurulmasına qərar vermişdi.

Son xəbərlər

Orphus sistemi