Netanyahunun həbsinə dair qətnaməni 48 mindən çox insan dəstəklədi

Netanyahunun həbsinə dair qətnaməni 48 mindən çox insan dəstəklədi 10 mindən çox insanın dəstəklədiyi hər bor sənəd Britaniyanin rəsmi orqanları tərəfindən diqqətə alınır
Digər ölkələr
14 Avqust , 2015 01:04
Netanyahunun həbsinə dair qətnaməni 48 mindən çox insan dəstəklədi

Bakı. 14 avqust. REPORT.AZ/ Böyük Britaniya parlamentinin rəsmi internet sahifəsindəki müraciətlər bölməsinə yerləşdirilən İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə dair qətnamə layihəsinə 48 mindən çox insan dəstək verib.

"Report" Gazeta.Ru saytına istinadən xəbər verir ki, qətnamə müəllifləri bildirir ki 2014-cü ildə Qəzza zolağında iki mindən çox insanın ölümündən bilavasitə Netanyahu cavabdehdir və bu səbəbdən o həbs olunmalıdır.

Qaydalara əsasən, 10 mindən çox insanın dəstəklədiyi hər bir sənəd britaniyanin rəsmi orqanları tərəfindən diqqətə alınır.

Xatırladaq ki, 2014-cü ildə 50 gün davam edən hərbi əməliyyatlar nəticəsində Fələstin tərəfdən 1462-si mülki vətəndaş olmaqla 2251 nəfər, İsrail tərəfdən isə, 6-sı mülki vətəndaş olmaqla 73 nəfər öldürülmüşdü.

Son xəbərlər

Orphus sistemi