​Netanyahu: ""HƏMAS"ın yenidən terrorçu təşkilatlar siyahısına qaytarılmasını gözləyirik"

​Netanyahu: ""HƏMAS"ın yenidən terrorçu təşkilatlar siyahısına qaytarılmasını gözləyirik" "Bu hərəkatın əsas məqsədi İsraili məhv etməkdir"
Digər ölkələr
17 Dekabr , 2014 15:10
​Netanyahu: HƏMASın yenidən terrorçu təşkilatlar siyahısına qaytarılmasını gözləyirik

Bakı. 17 dekabr. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahu Avropa İttifaqına (Aİ) müraciət edərək, Fələstin İslami Müqavimət Hərəkatını ("HƏMAS") terrorçu təşkilatlar siyahısında saxlamağa çağırıb. "Report"un xəbərinə görə, məlumatı "Reuters" yayıb.

"Biz "HƏMAS"ın yenidən terrorçu təşkilatlar siyahısına qaytarılacağını gözləyirik. "HƏMAS" İsraili məhv etməyi qarşısına məqsəd qoyan terror təşkilatıdır".

Xatırladaq ki, Aİ Ali Məhkəməsi "HƏMAS"ın terrorçu təşkilatlar siyahısından çıxarılması haqda qərar qəbul edib. 

Son xəbərlər

Orphus sistemi