​Nepalda polis nümayişçilərə atəş açıb, ölənlər var

​Nepalda polis nümayişçilərə atəş açıb, ölənlər var Etiraz aksiyası zamanı on nəfər yaralanıb
Digər ölkələr
22 Noyabr , 2015 14:51
​Nepalda polis nümayişçilərə atəş açıb, ölənlər var

Bakı. 22 noyabr. REPORT.AZ/ Nepalda polis nümayişçilərə atəş açıb, ölənlər var.

"Report" xəbər verir ki, yerli KİV iki nəfərin öldüyünü, on nəfərin yaralandığını yazır.

Asayiş keşikçilərinin sözlərinə görə, etirazçıların polislə toqquşması dörd müxtəlif yerdə baş verib. İğtişaş zamanı mitinqçilər güc strukturları əməkdaşlarına daş və yandırıcı qatışıqlı butulkalar atmağa başlayıblar.

Nepalda vəziyyət sentyabrın 20-də, hakimiyyətin Konstitusiyanın yeni versiyasını təqdim etməsindən sonra gərginləşib.

Son xəbərlər

Orphus sistemi