NATO-nun təyyarəsi qəzaya uğrayıb: 10 nəfər ölüb, 21 nəfər yaralanıb

NATO-nun təyyarəsi qəzaya uğrayıb: 10 nəfər ölüb, 21 nəfər yaralanıb Hadisə NATO-nun İspaniyada keçirilən təlimləri zamanı baş verib
Digər ölkələr
27 Yanvar , 2015 04:50
NATO-nun təyyarəsi qəzaya uğrayıb: 10 nəfər ölüb, 21 nəfər yaralanıb

Bakı. 27 yanvar. REPORT.AZ/ NATO-nun İspaniyada keçirilən təlimləri zamanı Yunanıstana məxsus qırıcı təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb, 21 nəfər yaralanıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, ölənlərdən səkkiz nəfəri Fransa vətəndaşı, iki nəfər isə yunandır.

İlkin məlumatlara görə, qırıcı havaya qalxan zaman gücünü itirib və uçuş-eniş zolağı yaxınlığında yerləşən binaya ilişərək orada dayanan digər təyyarələrin üzərinə düşüb.

Fransa mətbuatının məlumatına görə, qəza baş verən zaman yerdə iki "Alpha Jet" təyyarəsi, iki "Mirage 2000D" qırıcısı və iki Fransa "Rafale"si olub.

Son xəbərlər

Orphus sistemi