​Myanmada müsəlmanların doğumuna nəzarət qanunu qüvvəyə minib

​Myanmada müsəlmanların doğumuna nəzarət qanunu qüvvəyə minib ABŞ dövlət katibinin müavini Antoni Blinken Seyin Selinlə görüşündə bu qanunu tənqid edib
Digər ölkələr
25 May , 2015 16:52
​Myanmada müsəlmanların doğumuna nəzarət qanunu qüvvəyə minib

Bakı. 25 may. REPORT.AZ/ Myanma (Birma) prezidenti Teyin Sein ölkədəki müsəlmanların doğumuna nəzrət edilməsi haqda qanunu imzalayıb.

"Report" xəbər verir ki, bu haqda "Gardian" məlumat yayıb.

Qəzetin yazdığına görə, hakimiyyət ölkədəki Arakan müsəlmanlarının sayının "sürətlə çoxalması"nın qarşını almaq üçün bu tədbirə əl atıb.

Xəbərdə bildirilib ki, Arakan müsəlmanlarına Myanma vətəndaşlığı hüququ verməyən hakimiyyət onları ölkədən köçüb, getməyə məcbur edir.

Müsəlmanların doğumuna məhudiyyət qoyan həmin qanun "Əhalinin sayına nəzarət üçün səhiyyə büdcəsi" adlanır. 

Məlumata əsasən, ABŞ dövlət katibinin müavini Antoni Blinken Seyin Selinlə görüşündə bu qanunu tənqid edib.  

Son xəbərlər

Orphus sistemi