​Müdafiə Nazirliyi: Böyük Britaniya 2017-ci ilə qədər "İŞİD"in mövqelərini bombalayacaq

​Müdafiə Nazirliyi: Böyük Britaniya 2017-ci ilə qədər "İŞİD"in mövqelərini bombalayacaq "Biz qırıcı-bombardmançı təyyarə eskadriliyasının hərbi əməliyyatlarda iştirakını 2017-ci ilin mart ayına qədər uzadacağıq"
Digər ölkələr
4 Avqust , 2015 12:49
​Müdafiə Nazirliyi: Böyük Britaniya 2017-ci ilə qədər İŞİDin mövqelərini bombalayacaq

Bakı. 4 avqust. REPORT.AZ/ Böyük Brataniya terror təşkilatı olan "İslam dövləti" yaraqlılarına İraqda aviazərbələrin endirilməsini 2017-ci ilin mart ayına qədər davam etdirəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İraqda səfərdə olan Birləşmiş Krallığın müdafiə naziri Maykl Fallon bildirib.

"Biz "Tornado" qırıcı-bombardmançı təyyarə eskadriliyasının hərbi əməliyyatlarda iştirakını 2017-ci ilin mart ayına qədər uzadacağıq",- baş nazir bildirib.

Eyni zamanda, Fallon İraqdakı əməliyyatlarda Britaniya quru qoşunlarının  iştirakını istisna edib.  

Son xəbərlər

Orphus sistemi