Bakı. 18 avqust. REPORT.AZ/ Moskvada bir nəfər Türkiyə səfirliyi binasına ov tüfəngindən atəş açıb.
Report İTAR-TASS-a istinadən xəbər verir ki, naməlum kişi Türkiyə səfirliyi binasına ikilüləli silahdan atəş açıb, bundan sonra səfirliyin mühafizə xidməti tərəfindən saxlanılıb. İnsident nəticəsində xəsarət alan olmayıb.
Qanunu pozan şəxs polis şöbəsinə aparılıb.
Moskva polisinin mətbuat xidmətindən insident faktını təsdiqləyiblər. Məlumata əsasən, vətəndaş ikilüləli silahdan səfirliyin lövhəsinə atəş açıb.