​Monteneqroda NATO-ya üzvlük əleyhinə mitinq keçirilib

​Monteneqroda NATO-ya üzvlük əleyhinə mitinq keçirilib Aksiyada 5 minədək insan iştirak edib
Digər ölkələr
13 Dekabr , 2015 10:38
​Monteneqroda NATO-ya üzvlük əleyhinə mitinq keçirilib

Bakı. 13 dekabr. REPORT.AZ/ Dekabrın 12-də Monteneqronun paytaxtı Podqoritsada Rusiyameyilli nümayişçilər mitinqə çıxıblar.

"Report" AFP-yə istinadən xəbər verir ki, onlar ölkənin NATO-ya mümkün üzvlüyünə qarşı çıxış edərək, hökuməti bu məsələnin referenduma çıxarılmasına səsləyiblər.

Müxtəlif qiymətləndirmələrə görə, aksiyada 2 mindən 5 minədək adam iştirak edib.

Nümayişçilər Rusiyayönümlü şüarlar səsləndirərək Serbiya və Rusiya bayraqları dalğalandırıblar.

Monteneqro 2006-cı ildə Serbiyadan ayrıldıqdan sonra NATO-ya daxil olmaq yolunu seçib. Bu yaxınlarda ABŞ ölkənin bu təşəbbüsünə dəstək çıxıb.

Son xəbərlər

Orphus sistemi