​Moldovada yüz mindən çox insan hökumətə qarşı mitinqə çıxıb - VİDEO

​Moldovada yüz mindən çox insan hökumətə qarşı mitinqə çıxıb - VİDEO Mitinq Böyük Milli Məclis meydanında keçirilir
Digər ölkələr
6 Sentyabr , 2015 19:35
​Moldovada yüz mindən çox insan hökumətə qarşı mitinqə çıxıb - VİDEO

Bakı. 6 sentyabr. REPORT.AZ/ Moldovanın paytaxtı Kişinyovda on minlərlə insanın iştirakı ilə hakimiyyətə qarşı etiraz aksiyası keçirilir.

"Report" xəbər verir ki, mitinq Böyük Milli Məclis meydanında təşkil olunub.

Aksiya DA vətəndaş platforması ("Demnitate si adevar" - "Ləyaqət və ədalət") tərəfindən təşkil olunub. Meydan respublikanın hər bir yerindən gələn insanlarla dolub.

Ötən gün platforma liderləri bazar günü "böyük milli məclis" çağıracaqlarını bəyan ediblər. Təşkilatçıların qiymətləndirməsinə görə, meydana yüz mindən çox insan toplaşıb.

Son xəbərlər

Orphus sistemi