Misirdə İŞİD liderlərindən biri, Suriyada isə terror qruplaşmasının sözçüsü məhv edilib

Misirdə İŞİD liderlərindən biri, Suriyada isə terror qruplaşmasının sözçüsü məhv edilib Öldürülənlər Naqeh Salami Burak və Əbu Mühəmməd əl-Adnanidir
Digər ölkələr
30 Avqust , 2016 22:38
Misirdə İŞİD liderlərindən biri, Suriyada isə terror qruplaşmasının sözçüsü məhv edilib

Bakı. 30 avqust. REPORT.AZ/ Misir ordusunun pilotsuz təyyarəsi İŞİD-in Sinay yarımadasındakı liderlərindən birini məhv edib.

"Report"un məlumatına görə, bu barədə "Məsr əl-Ərəbiyyə" saytı Misirin güc strukturlarındakı mənbəyə istinadən xəbər yayıb.

"Pilotsuz təyyarə Rafah şəhərində, əl-Məsurə kəndi yaxınlığında sükanı arxasında döyüşçünün əyləşdiyi avtomobili atəşə tutub. Nəticədə yaraqlı öldürülüb, maşın məhv edilib" – deyə məlumatda deyilir.

Nəşrin məlumatına görə, sonradan məlum olub ki, öldürülən şəxs İŞİD-ə sədaqət andı içmiş terrorçu Naqeh Salami Burakdır.

"BBC"-nin yaydığı məlumata görə isə, daha bir İŞİD fəalı Suriyanın Hələb şəhərində məhv edilib. Bu, terror qruplaşmasının sözçüsüsü Əbu Mühəmməd əl-Adnanidir. Onun öldürülməsi xəbərini terrorçulara məxsus kütləvi informasiya vasitələri də təsdiqləyiblər. 

Son xəbərlər

Orphus sistemi