Misirdə 8 İŞİD silahlısı öldürülüb

Misirdə 8 İŞİD silahlısı öldürülüb İki terrorçu isə əsir düşüb
Digər ölkələr
13 Sentyabr , 2016 01:28
Misirdə 8 İŞİD silahlısı öldürülüb
Courtesy İmage

Bakı. 13 sentyabr. REPORT.AZ/ Misirdə, Sinay yarımadasının şimalında İŞİD terror qruplaşmasının 8 silahlısı tayfalardan biri ilə toqquşmada öldürülüb

“Report” xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, toqquşmalar ekstremistlərin Rafah şəhərinin cənubundakı kəndlərdən birinin sakinlərindən vergi ödəməyi tələb etdikdən sonra baş verib.

Ət-Turabin tayfasının üzvləri terrorçuların tələblərinə rədd cavabı veriblər. Bundan sonra tərəflər arasında döyüş başlayıb. Nəticədə terrorçuların 8 silahlısı öldürülüb, 2 nəfər isə əsir düşüb.

Bədəvilərin itkiləri haqqında məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi