Almaniya Avstriya ilə sərhəddə nəzarət sistemi tədbiq edəcək

Almaniya Avstriya ilə sərhəddə nəzarət sistemi tədbiq edəcək Rəsmi Berlin tərəfindən konkret olaraq hansı tədbirlərin görüləcəyi hələ ki məlum deyil
Digər ölkələr
13 Sentyabr , 2015 19:41
Almaniya Avstriya ilə sərhəddə nəzarət sistemi tədbiq edəcək

Bakı. 13 sentyabr. REPORT.AZ/ Almaniya miqrant axınının öhdəsindən gəlmək üçün Avstriya ilə arasında sərhəd nəzarətini tətbiq etməyi planlaşdırır.

"Report" BBC-yə istinadən xəbər verir ki, rəsmi Berlin tərəfindən hansı tədbirlərin görüləcəyi hələ ki məlum deyil.

Bu arada, Almaniyanın cənubuna miqrant axını arasıkəsilmədən davam edib, Münhen şəhər rəsmilərinin bildirdiyinə görə, şənbə günü 13 min miqrant şəhərə daxil olub.

Lakin şəhər rəsmilərinin bildirdiyinə görə, Münhendə miqrantların axını ilə bağlı “limit dolub”.

“Biz artıq miqrantların qəbulu ilə bağlı son həddə çatmışıq,” polis rəsmisi bildirib. Bu arada yeni gələnlərin yerləşdirilməsi ilə bağlı səylər davam edib.

Almaniyanın cənubunda yerləşən Münhen şəhəri ölkəyə daxil olan miqrantların hədəf aldığı əsas şəhərdir. Lakin şəhər rəsmiləri gələnlərə yer tapmaqda çətinlik çəkdiyini bildirir.

Şənbə günü şəhərə 13 min nəfər daxil olub, digər 1400 nəfər isə bazar günü gəlib, Münhen polisi bildirib.

“Bizdə 1000-5000 arası yer çatmır,” Münhen meri Dieter Reiter Sueddeutsche Zeitung qəzetinə bildirib.

Şəhər rəsmiləri 1972-ci il Olimpiadasına aid idman zalından müvəqqəti sığınacaq kimi istifadə etməyi düşünürlər.

Son xəbərlər

Orphus sistemi