Bakı. 23 avqust. REPORT.AZ/ Meksikada Zika virusuna yoluxanların sayı 1,88 min nəfəri ötüb.
"Report"un "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər yayıb.
Rəsmi məlumatlara əsasən ötən həftə bu virusun daşıyıcısı olan 265 nəfər qeydiyyata alınıb. Ən çox virus daşıyıcısı Herrero ştatındadır – 558 nəfər.
Herrrero ştatı ilə yanaşı Çyapas (500 nəfər), Verakrus (308 nəfər), Oahakada (301 nəfər) xeyli sayda visrus daşıyıcısı aşkarlanıb.